Caz müğənnisi Nensi Hollouey vəfat etdi

Ötən əsrin 60-cı illərində məşhur olmuş Amerika caz müğənnisi Nensi Hollouey (Braun) Parisdə vəfat edib.

TASS xəbər verir ki, müğənni 86 yaşında öz evində ölüb.

Qeyd edək ki, o, karyerasına Klivlenddə, rəqqasə kimi başlayıb. Lakin 1960-cı ildə Parisə gəlib musiqi karyerasını qurmağa başlayıb.

Nensi Hollouey 5 albom buraxdırıb və 9 filmə çəkilib. Müğənni 2008-ci ildə səhhətindəki problemlərə görə səhnədən gedib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *