Seymur Həzi azadlığa çıxdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Seymur Həzi cəza müddəti başa çatdığı üçün azadlığa çıxıb.

Bu barədə onun qayınatası Tofiq Yaqublu “Facebook” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq, beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *