Ağsuda dağlıq sahə yanır

Ağsuda dağlıq hissədə kol-kos yanmağa başlayıb.

Yanğın rayonun Xanbulaq kəndi ərazisində dağlıq sahədə qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *