Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları tərəfindən avqustun 24-nə keçən gecə rayon ərazisindəki kafedən, qapını sındırmaq yolu ilə 70 manat pul və 2 ədəd mobil telefon oğurlayan Bakı şəhər sakini A.Həsənov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıblar.

Bundan başqa, 35-ci polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evdən 585 manat pul oğurlayan Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *