Avtomobillər toqquşdu, qaz xətti sıradan çıxdı

Qazax rayonunun N.Nərimanov küçəsində 4 avtomobil bir-biri ilə toqquşub.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə saat 17:00 radələrində baş verib.

Bu zaman avtomobillər orta təzyiqli qaz xəttini birləşdiyi yerdən qoparıb.

Baş verən olaya görə 1500 abonentin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *