Xəstə qadını evinə qaldırmaq üçün FHN-ə müraciət edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfər xəstə qadını mənzilinə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Median.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *