Azərbaycanda universitet filialının direktoru işdən çıxarılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru işdən çıxarılıb.

Median.Az report-a istinadən xəbər verir ki, filialın direktoru, professor Əli Allahverdiyev tutduğu vəzifədən azad edilib. Digər əmrlə bu vəzifəyə Yusif Alıyev təyin edilib.

Qeyd edək ki, Y.Alıyev bu təyinata qədər ADPU-nun Elm və İnnovasiyalar Şöbəsinin müdiri olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *