Ramanada tanışına xəsarətlər yetirən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, avqustun 30-da Ramana qəsəbəsi ərazisindən, paytaxt sakini B.Dilanlı bədən xəsarəti ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib.

DİN Baş Cinayət Axtarışı İdarəsi və 12-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini C.Camalov saxlanılmışdır.

Sabunçu RPİ-də CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *