Bakıda və Gəncədə avtomobillərdən oğurluq edən şəxslər tutulub

Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Bakı şəhər sakini T.Kələntərliyə məxsus “Ford” markalı avtomobildən noutbuk oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev saxlanılıb.

Bundan başqa, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.İsaqova məxsus avtomobildən 820 manat pul və mobil telefon oğurlayan
Gəncə şəhər sakini S.Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *