Bakıda 30 yaşlı kişini maşın vurub

Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, Bakıxanov qəsəbəsində “London Taksi” yolu keçmək istəyən piyada, 1989-cu il təvəllüdlü Əkbərli Sərvan Vidadi oğlunu vurub.

Dizindən xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *