Xırdalanda üçotaqlı evdə yanğın

Xırdalanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 120 kvm olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Sözügedən evin mətbəxində iki ədəd məişət texnikası və bir p.m mətbəx mebeli yanıb.

Evin qalan hissəsi mühafizə olunub və yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *