Gülüstanda “Ford” piyadanı vurdu

Binəqədi rayonunda piyadanın xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Gülüstan qəsəbəsi D 11 ünvanında “99 ER 042” dövlət nömrə nişanlı “Ford” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 27 yaşlı Qədirov Xəzər Qürbət oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *