Bakıda Şirvan sakini evdən külli miqdarda pul oğurlayıb

Median.Az xəbər verir ki, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 1000 manat, 14900 dollar, geyim və məişət əşyaları oğurlayan Şirvan rayon sakini, əvvəllər məhkum olunmuş M.Zülfüqarov saxlanılıb.

Səbail RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *