Qəbələ sakinindən külli miqdarda narkotik götürülüb

Median.Az xəbər verir ki, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nic qəsəbə sakini O.Çalabari saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

Onun usta işlədiyi sexin ətrafına baxış keçirilib, oradan kultivasiya yolu ilə yetişdirdiyi 26 ədəd çətənə kolu və 3 kq. 230 qram marixuana götürülüb.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *