Hacıqabulda beşotaqlı ev yanıb

Hacıqabul rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 2 otağı əşyaları ilə birlikdə 80 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *