Nəsimi rayonunda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsinə müraciət edən qadın oktyabrın 20-də Topçubaşov küçəsində “KİA” markalı avtomobilindən, şüşəni sındırmaq yolu ilə geyim əşyalarının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Quliyev və T.Mustafazadə saxlanılıblar. Araşdırma zamanı, onların oktyabrın 22-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Z.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla avtomobilin sənədini, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlamaları müəyyən edilib.

Bundan başqa, Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini M.Həsənovun “VAZ-2104” markalı avtomobilindən mobil telefon oğurlayan paytaxt sakini Zaur İbrahimov saxlanılıb.

Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədsurini saxlayıblar. Məlum olub ki
o, oktyabrın 14-də Bülbül prospektində Lənkəran rayon sakini E.Həsənzadənin “Daewoo” markalı avtomobilindən mobil telefon oğurlayıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *