Nizami rayonunda “Mercedes” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, dekabrın 20-i saat 23 radələrində Babək prospektində Bakı şəhər sakini Elvin Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə 40-45 yaşlı kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ-də faktla bağlı araşdırma aparılır, mərhumun şəxsiyyəti aydınlaşdırılır.