Nigar Eldarın ağ saçlarını ələ saldı

“Eurovision 2011” qalibi Nigar Camal həmkarı Eldar Qasımovun yeni imicini ələ salıb.

Median.Az axşam.az-a istinadən bildirir ki, sənətçi “ATV maqazin onlarla”ya açıqlamasında Eldarın ağ saçlarını bəyənmədiyini deyib:

“Ağ edib. Eldarın köhnə imicinə daha çox alışqın idim, bəyənirdim. Ona belə xoşdursa, etsin”.

Nigar Eldarın ondan bu sözlərinə görə inciməyəcəyinə də əmin olduğunu söyləyib:

“İnanın ki, mənim atmacam Eldarın vecinə deyil. Onu yaxşı tanıyıram”.

Qeyd edək ki, bir neçə gün əvvəl Eldar saçlarını yenidən tünd rəngə boyatdırıb.