Ana 15 yaşlı qızını əxlaqsızlığa vadar etdi, ata kəmərlə döydü – VİDEO

ATV-də yayımlanan “BizimləSən” verilişində 17 yaşlı qızın danışdıqları qan dondurub.

O, 15 yaşında anası tərəfindən əxlaqsızlığa məcbur edildiyini etiraf edib:

“Mən gecə yatanda anam məni durğuzub öz müdiri ilə evə göndərirdi. O hadisədən sonra Bakıya qaçdım. Təkbaşına Bayıla gəlmişdim. Həmin axşam polislər məni tutub evə gətirdi”.

Yeniyetmə qız anasının hiyləsi nəticəsində atası tərəfindən də zorakılığa məruz qaldığını əlavə edib:

“Anam atamı öyrədirdi. O da bizi maşın kəməri ilə döyürdü. Belimə bıçaq, qayçı atırdı”.

//Baku.ws