Bakıda dostunu öldürüb Gürcüstana qaçdı…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az Trend-ə istinadən bildirir ki, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 13 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində 1985-ci il təvəllüdlü Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Bir müddət sonra o, Gürcüstanda saxlanılaraq Bakıya ekstradisiya edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *