II Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüş keçiriləcək

Milli Olimpiya Komitəsində Minsk-2019 Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüş keçiriləcək.

İyunun 10-da baş tutacaq görüşdə gənclər və idman naziri Azad Rəhimov və MOK vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək.

Tədbir çərçivəsində Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin təmsilçiləri idmançılara oyunlarla bağlı vacib məlumatları verəcək və sualları cavablandıracaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *