• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Dünya

Gürcüstanda həbsxanalara düşən azərbaycanlıların sayı artır

by
İyun 8, 2019
in Dünya
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Gürcüstan həbsxanalarında yüzlərlə azərbaycanlı narkotik vasitələrin saxlanılması və satışına görə cəza çəkir.

Gürcüstan azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevin Oxu.Az-a verdiyi açıqlamaya görə, narkotiklərlə bağlı cinayət hallarının artması Azərbaycan icmasını ciddi şəkildə narahat edir.

Hazırda Gürcüstan həbsxanalarında narkotik vasitələrlə əlaqədar 350 azərbaycanlı cəza çəkir. A.Babayevin sözlərinə görə, bir həftə əvvəl Qardabani rayonunda keçirilən xüsusi əməliyyatın gedişində narkotik vasitələrin satışında şübhəli bilinən 19 azərbaycanlı saxlanılıb.

“Dərd ondadır ki, azərbaycanlı məhbuslar arasında çox sayda yetkinlik yaşına çatmamışlar var. Narkotacirlər bu işə uşaqları, bəzən bütöv ailələri cəlb edir. Biz öz tərəfimizdən bu bəlaya qarşı mübarizə aparırıq, ağsaqqallarla, icma nümayəndələri ilə görüşlər keçiririk, narkotik vasitələrə qarşı təbliğat aparırıq. Bununla belə, bütün bunlar kifayət etmir”, – deyə A.Babayev söyləyib.

Gürcüstanın hüquq-mühafizə orqanları çoxsaylı narkotik vasitə marşrutlarının qabağını kəsmək üçün əllərindən gələni edirlər. A.Babayevin sözlərinə görə, narkotik vasitələr Gürcüstana Ermənistan, Türkiyə, İrandan gətirilir, tranzit kimi Azərbaycan ərazisində istifadə olunur. Həmçinin, son vaxtlar Gürcüstana əfqan heroini daşıyan iranlı qaçaqmalçılar arasında saxlanılanların sayı əhəmiyyətli dərəcədə artıb.

Qafqaz insan haqları monitorinq mərkəzinin başçısı, ekspert Elbrus Məmmədov cinayət hallarının artmasını son on il ərzində Gürcüstanda yaşayan azərbaycanlıların məşğulluqla bağlı ciddi problemlərlə üzləşməsi ilə əlaqələndirir.

O bildirib ki, əhalinin məşğulluq sahəsində, peşə bacarıqları və bilikləri ilə yanaşı, gənclərdən mövcud şəraitə uyğunlaşma bacarığı və təhsilin baş çatmasından sonra müəyyən vərdişlərin mənimsənilməsi tələb olunur. İndiki sosial sağqalma mübarizəsi şəraitində Azərbaycan icmasının nümayəndələri bu imkandan məhrum olub.

“Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara göndərdiyimiz hesabatlarda etnik azərbaycanlıların, xüsusilə gənclərin Gürcüstan təşkilatlarının məşğulluqla bağlı həyata keçirdiyi layihələrdən kənarda qaldığını dəfələrlə göstərmişik. İcmanın əmək bazarının dinamikası, məşğulluq və karyera, işə düzəlmə imkanları, işçi qüvvə tendensiyaları, tələb və təklifləri ilə bağlı heç bir təsəvvürü yoxdur”, – deyə o bildirib.

İcmanın sahibkarlıq fəaliyyəti ilə bağlı informasiya dəstəyinə, işsizlərin fərdi təsərrüfata cəlb olunması üçün peşəkar məsləhətləşmə və peşə seçiminə, maddi dəstəyə ehtiyacı var. E.Məmmədovun sözlərinə görə, son günlər ərzində bir neçə azərbaycanlı qətlə yetirilib, bir neçəsi öz həyatına qəsd edib.

Qeyd edək ki, iyunun 6-dan 7-nə keçən gecə Qardabanidə yaşlı ər-arvad – İsgəndər və Şəfiqə Musayeva vəhşicəsinə öldürülüb. Qatil qocaları ölənə qədər döyüb, üzlərini tanınmaz hala salıb, divarda isə oğlanlarına belə bir ismarıc yazıb: “Gələrsən, səni gözləyirik”.

Qatilin bu yolla hazırda Rusiyada olan Musayevlərin oğlundan intiqam aldığı güman edilir.

Hələlik faktla bağlı saxlanılan yoxdur. Bundan bir gün əvvəl isə Kvemo Kartli bölgəsinin Hidiskuri kəndində qətl hadisəsi qeydə alınıb. Yaşlı Şahəli Camalov öldürüb, həyat yoldaşı isə ağır yaralanıb. Fakt üzrə şübhəli qismində Nizami Qurbanov saxlanılıb.

A.Babayevin bildirdiyinə görə, 20 il əvvəl Camalov Nizami Qurbanovun əmisini öldürüb və beləcə, qan davasının əsasını qoyub. N.Qurbanovun yaxın qohumunun intiqamını aldığı güman edilir.

Fakt üzrə araşdırma davam edir.

Previous Post

Müəmmalı hadisənin təfərrüatı: “Dünyaya gətirdiyi uşaq “Medi lüks”də yoxa çıxdı (VİDEO)

Next Post

II Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüş keçiriləcək

Next Post

II Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüş keçiriləcək

Recent Posts

  • Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
  • Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)
  • Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq
  • Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi
  • 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Apps
  • Avto
  • Business
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Fashion
  • Food
  • Gadget
  • Gaming
  • Hadisə
  • Health
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Lifestyle
  • Maraqlı
  • Mobile
  • Movie
  • Müsahibə
  • Music
  • News
  • Ordu
  • Politics
  • Reklam ®
  • Review
  • Sağlamlıq
  • Science
  • Siyasət
  • Şou Biznes
  • Sports
  • Startup
  • Tech
  • Travel
  • World
  • Xeyirxahlıq
  • Sample Page

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Sample Page

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.