Lənkəranda itkin düşən uşaqlar tapıldı – YENİLƏNİB

Lənkəranda itkin düşən uşaqlar tapılıb.

Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, uşaqlar rayonun Daştadük və Əşlə kəndlərini birləşdirən meşədə kənd sakinləri tərəfindən tapılıblar.

12:56

Lənkəranda yeniyetmə uşaqlar itkin düşüb.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, 2006-cı il təvəllüdlü Şahbazov Əli Qədir oğlu və onun bibisi oğlu, 2007-ci il təvəllüdlü Tahirov Tahir Malik oğlu
Lənkəran şəhəri Daştatük kəndindən çıxaraq bir daha geri qayıtmayıblar.

Hər iki şəxsin valideynləri Lənkəran şəhər Polis Bölməsinə müraciət edib.

Yeniyetmələrin axtarışları davam edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *