Coratda küçədə kişi meyiti tapıldı

Sumqayıt şəhərinin Corat qəsəbəsində küçələrdən birində kişi meyiti tapılıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, əraziyə baxış keçirilib və ölən şəxsin 1973-cü il təvəllüdlü Fətəliyev Rasim Gülmalı oğlu olduğu müəyyən edilib.

R.Fətəliyevin narkoman olduğu bildirilir və onun narkotik vasitədən öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *