Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyət4 yaşlı uşağı it dişlədi

4 yaşlı uşağı it dişlədi

Zaqatalada biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Höytala kənd sakini, 2015-ci il təvəllüdlü Seyidəhməd Abdulla oğlu Xiniyev it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 4 yaşlı S. Xiniyevə sağ ayağın topuq nahiyəsinin it dişləməsi diaqnozu qoyulub. Azyaşlıya lazımi tibbi yardım göstərilib. O, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtiylə evə buraxılıb.

Daha bir it dişləməsi faktı isə rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Həlmət Abdulqadir qızı Əhmədova xəstəxanaya müraciət edib. İt onu sağ əlindən dişləyib. Xəstəxanada H. Əhmədovaya lazımi tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra qadın evə buraxılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments