Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.

Median.Az Trend-ə istinadən bildirir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi “VAZ 2107” markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə Şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.

Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *