• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Eldar Mahmudovun oğlunun adı növbəti qalmaqalda

by
İyun 20, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Anar Mahmudovun adı sahibkarın əmlakının zorla əlindən alınmasında hallanır;  sabiq nazir oğlunun qayınanasının Azərbaycana ekstradisiya məsələsi yenidən gündəmdə

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adı yenidən gündəmdədir. Bu dəfə Anar Mahmudov atasının vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

“Günəş” müəssisəsinin təsisçisi Əsgər Məmmədov iddia edir ki, Anar Mahmudov atasının vəzifəsinə güvənərək əmlakını onun əlindən alıb. Söhbət Bakıda Nobel prospekti – 20 c saylı ünvanda yerləşən binanın 5 və 6-cı mərtəbələrindəki 364.2 və 368.8 kvadratmetrlik qeyri-yaşayış sahələrindən gedir. 2008-ci ilin yanvarında Bakıda 6 saylı notariat kontorunda Ə.Məmmədovla sabiq nazirin oğlu arasında müqavilə imzalanıb. Müqavilədə yazılıb ki, Ə.Məmmədov həmin əmlakları A.Mahmudova bağışlayır. 2012-ci ilin iyununda A.Mahmudov sözügedən əmlaklara öz adına mülkiyyət çıxarışları da alıb. E.Mahmudov vəzifədən çıxarılan bir müddət sonra Ə.Məmmədov həmin əmlakları geri almaq qərarına gəlib və bu məqsədlə məhkəməyə üz tutub. Yasamal Rayon Məhkəməsində keçmiş nazir oğluna qarşı iddia qaldıran Ə.Məmmədov yazır ki, əslində 730 kvadratmetrdən çox sahəsi olan əmlakları A.Məmmədova bağışlamamışdı, zorla əlindən alınmışdı. “Günəş” rəhbərinin sözlərinə görə, o əmlakların təxminən 1 milyon 600 min manat qiyməti vardı: “O, əslində, bağışlanma deyildi, alqı-satqı idi. Amma atasının vəzifəsindən sui-istifadə eləyib pulu vermədi. Əmlakımı əlimdən aldı”. Ə.Məmmədov həm bağışlanma müqaviləsinin, həm də onun əsasında A.Mahmudova verilmiş mülkiyyət sənədlərinin ləğvi barədə qərar çıxarılmasını istəyib.

Yasamal Rayon Məhkəməsi iddianı rədd edib. Bu qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verən Ə.Məmmədovun iddiası təmin olunub. Apelyasiya Məhkəməsi bağışlanma müqaviləsinin etibarsız sayılması, A.Mahmudovun adına verilən çıxarışların ləğvi barədə qərar çıxarıb. Üstəlik, Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulub ki, həmin əmlaklara “Günəş” müəssisəsinin adına mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilsin. Bu dəfə sabiq nazirin oğlu qərardan narazı qalıb və vəkili vasitəsilə Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə A.Mahmudovun kasasiya şikayətini təmin edib – Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılmaq üçün həmin instansiyaya qaytarılıb.

Bakı Apelyasiya Məhkəməsi bu mübahisəyə yenidən baxıb. Bu dəfə isə A.Mahmudovun xeyrinə qərar çıxarıb. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra onun oğlu Anar Mahmudovun – hansı ki, həm də Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir- adı mətbuatda dəfələrlə hallanıb. Sonuncu dəfə Anar Mahmudovun adı ötən il Böyük Britaniyada “MEA Capital Limited” adlı maliyyə şirkəti təsis etməsindən sonra mətbuatda hallanmağa başlanmışdı. Yayılan xəbərlərə görə, Anar Mahmudovun şirkəti Londonda 2018-ci ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvoliki məna daşıyır və insiallarlarını əks etdirir: Mahmudov Eldar və Anar. Həmin günlərdə belə xəbərlər vardı ki, Eldar Mahmudovun əlinin altında olan dəstə tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılan pullar əsasən bu şirkətdə cəmləşib.

İddia olunurdu ki, “MEA Capital Limited” şirkətinin yaradılması üçün Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin  vaxtilə rəhbəri olduğu Azərbaycan Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub. Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb. Xatırladaq ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyev Britaniya polisi tərəfindən böyük məbləğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanmışdı. Hazırda Z.Hacıyeva 500 min funt sterlinq girov müqabilində azadlığa buraxılıb. Yaxın günlərdə Zamirə Hacıyevanın taleyinə də aydınlıq gələcək. Onun Azərbaycan ekstradisiya edilə biləcəyi xəbərləri də var. Onu da qeyd edək ki, Azərbaycana ekstradisiya məsələsinə baxılana qədər Zamirə Hacıyeva ev dustaqlığındadır. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Bundan əlavə, Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan bəzilərinə uzunmüddətli həbs cəzaları kəsilib, əmlakları müsadirə olunub. Bir qismi isə cəzasının bir hissəsini çəkəndən sonra azadlığa çıxıb. Təxminən 2 il sonra – 2017-ci ilin noyabrında sabiq nazir E.Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir. 
 
///Musavat.com

Previous Post

Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

Next Post

Pensiyalarla bağlı YENİ XƏBƏR

Next Post

Pensiyalarla bağlı YENİ XƏBƏR

Recent Posts

  • Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
  • Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)
  • Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq
  • Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi
  • 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Apps
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Gadget
  • Gaming
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Mobile
  • Müsahibə
  • Music
  • Ordu
  • Reklam ®
  • Review
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Startup
  • Xeyirxahlıq
  • Sample Page

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Sample Page

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.