Cümə, May 15, 2026
Google search engine
EvKriminalQuba sakini kafedə həmyerlisini öldürüb

Quba sakini kafedə həmyerlisini öldürüb

Median.Az xəbər verir ki, iyulun 22-i saat 23 radələrində Aşağı-Atuc kəndindəki kafenin qarşısından kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına aparılarkən yolda kəskin qanitirmədən ölüb.

Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli münaqişə zəminində törədən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılıb.

Quba rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments