Şamaxıda fermada dəhşət – Gənc oğlanın meyiti tapıldı

Şamaxıda intihar hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:30 radələrində rayonun Sabir qəsəbəsindəki fermada qeydə alınıb.

Ağdaş rayon sakini, 21 yaşlı Dəyanət İsrafilov özünü kəndirlə asaraq intihar edib. Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *