Cümə, May 15, 2026
Google search engine
EvDünyaPutin generalı işdən çıxardı

Putin generalı işdən çıxardı

Rusiya Prezidenti Vladimir Putin general-mayor İqor Komissarovu Rusiya İstintaq Komitəsi (SKR) sədrinin birinci müavini vəzifəsindən azad edib.

Komissarov Şimali Qafqazdakı isti nöqtələrdə fəaliyyəti nəzərə alınmaqla təqribən 50 il xidmət göstərib. O, SKR-lə yanaşı Almaniyadakı Sovet Qüvvələri Qrupunda, Daxili İşlər Nazirliyi və Federal Məhkəmə Xidmətində vəzifə icra edib.

İ. Komissarov İstintaq Komitəsində uşaqların, valideyn himayəsindən məhrum olan uşaqların, aztəminatlı ailələrin və digər oxşar kateqoriyalı vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olub.
//Qafqazinfo

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments