Bərdədə sauna yanıb

Bərdə rayonunun Zümürxan kəndində ümumi sahəsi 66 m² olan saunanın yanar konstruksiyaları və taxta üzlüyü 30 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, saunanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *