Abşeronda avtomobil 42 yaşlı kişini vurub

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Quliyev Pərviz Fəyyaz oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *