Qaradağ rayonu ərazisində iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə “Binə” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü Əbdülrəhmanova Pikəxanım xəsarət alıb.

Yaralı təcili-tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *