Müəllimlər günündə ağır qəza — 1 müəllim öldü, 7 yaralı var – FOTO

Bu gün Naxçıvanın Zeyvə kəndində avtobus qəzaya uğrayıb.

Median.Az xəbər verir ki, Zeyvə-Düdəngə marşrutu üzrə hərəkətdə olan mikroavtobus qəzaya düşməsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Qəzada vəfat edən şəxs 60 yaşlı Əsədov Vilayət Həsən oğludur. Onun müəllim olduğu bildirilir.//ölkə.az