Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalAbşeronda vətəndaşı döyüb, pulunu alan 3 nəfər saxlanılıb

Abşeronda vətəndaşı döyüb, pulunu alan 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Abşeron RPİ-nə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-i gecə saat 3 radələrində 4 nəfərin, onu döyərək 550 manat pulunu aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments