Şənbə, May 16, 2026
Google search engine
EvCəmiyyətTürkiyədə ardıcıl üç zəlzələ baş verib

Türkiyədə ardıcıl üç zəlzələ baş verib

Türkiyədə 4 bal gücündə zəlzələ baş verib.

Median.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yalova şəhərindən 3,71 kilometr məsafədə, yerli vaxtla saat 19:52-də qeydə alınan zəlzələ İstanbulda da hiss edilib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Qandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Yalovada yerli vaxtla saat 20:04 radələrində daha iki zəlzələnin baş verdiyini açıqlayıb. Belə ki, beş dəqiqə intervalla 3,2 və 3,0 maqnitudalı zəlzələ olub.//report.az

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments