Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətMəşhur bukmeyker saytı Azərbaycan və Ermənistan klublarını qarışdırdı - FOTOFAKT

Məşhur bukmeyker saytı Azərbaycan və Ermənistan klublarını qarışdırdı – FOTOFAKT

Futbol24.com bukmeyker saytı Yevlaxın “Karvan” klubunu “dirildib”.

2014-cü ildə dağılan futbol klubu bu gün “oyun keçirib”.

Maraqlı burasındadır ki, “Karvan” Ermənistanın “Şirak” komandası ilə yoxlama oyunu keçirib. Məsələni araşdırmaq üçün çox vaxt sərf etmədik. Bunun üçün Ermənistan klubunun bugünkü tarixdə hansı klubla yoxlama oyunu keçirməsinə nəzər saldıq.

Sən demə, “Şirak” bu gün “Karvan” yox, “Van” klubu ilə yoxlama oyunu keçirib. Ad oxşarlığı isə belə nöqsanın yaranmasına səbəb olub.

Qeyd edək ki, “Karvan” 2004-2014-cü illərdə mövcud olmuş klubdur. Yevlax klubu Yunis Hüseynovun rəhbərliyi altında Azərbaycan çempionatının gümüş və bürünc medallarını qazanıb, ölkə kubokunun finalında mübarizə aparıb.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments