Xəzərdə itən balıqçının axtarışlarına helikopter cəlb olunub

0
1

Xəzərdə itən balıqçının axtarışlarına helikopter cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.//News24.az