Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətƏməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

Qısa müddət ərzində Əməyin Mühafizəsi Fondunun təsis sənədlərinin nizamnaməsinin, əsasnaməsinin təsdiq olunması gözlənir.

Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birlikdə Fondun nizamnaməsinin hazırlanması üzərində iş aparılır.

“Artıq Fondun nizamlanması yekunlaşdırılır və bundan sonra fondun fəaliyyətinə tam başlanacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondunun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.

Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments