Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətSarayda qəza: iki nəfər yaralanıb

Sarayda qəza: iki nəfər yaralanıb

Abşeronda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Median.Az xəbər verir ki, Saray qəsəbəsi ərazisində “Qazel” markalı yük avtomobili ilə taksi fəaliyyəti göstərən “VAZ-2107” markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində avtomobillərdə olan sərnişinlər, 1990-cı il təvəllüdlü Cəfərova Günel Tofiq qızı və 1991-ci il təvəllüdlü Elvin Qasımlı xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. G.Cəfərovaya alın nahiyəsinin çapılmış yarası, E.Qasımlıya isə qapalı kəllə-beyin travması, budun sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//oxu.az

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments