DİN əməkdaşları Lənkəran sakinlərindən heroin götürüblər

Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakinləri, əvəllər məhkum olunmuşlar – M.Cəfərov və Ş.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qram, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *