Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalSumqayıtda oğurluq edən 4 nəfər saxlanılıb

Sumqayıtda oğurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də şəhər ərazisindəki evdən qızıl-zinət əşyaları oğurlayan şəhər sakinləri – B.Mehdiyev və əvvəllər məhkum olunmuş N.Şirinov saxlanılıblar.

Bundan başqa, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-nə keçən gecə şəhər ərazisindəki mağazadan noutbuk oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Piriyev saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də şəhər ərazisində “BMW” markalı avtomobildən pul, “Niva” markalı avtomobildən mobil telefon və sənəd oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Nurəliyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments