Cümə, May 15, 2026
Google search engine
EvKriminalTərtər sakini həmyerlisini meşədə güllələdi

Tərtər sakini həmyerlisini meşədə güllələdi

Bərdə rayonunda adam güllələməkdə təqsirli bilinən Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Median.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında rayonun Seyid Yusifli kəndi ərazisində yerləşən meşədə qeydə alınıb.
Tərtər rayon Xoruzlu kənd sakini, 1967-ci il təvəllüdlü Fazil İsmayılov meşədə mübahisə etdiyi və şəxsi ədavəti olduğu həmkəndlisi Elvin Nəcəfovu “Kalaşnikov” avtomatı ilə güllələyib. E.Nəcəfov hər iki bud nahiyəsindən 3 güllə yarası alıb. E.Nəcəfov əməliyyat olunması üçün Gəncə şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

F.İsmayılova Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib.//ölkə.az

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments