Sabirabadda naməlum avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda 63 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, Sabirabad sakini,1956-cı il təvəllüdlü Abışova Zemfira Qurban qızını naməlum avtomobil vurub. Piyada hadisə yerində keçinib. Onu avtomobillə vuran sürücü isə qaçıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *