Ağdaşda “VAZ-2107” velosipedçini vurub, öldürüb

Median.Az xəbər verir ki, oktyabrın 20-i saat 17 radələrində Bulaqotağı kəndi ərazisində, kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə velosiped sürən şəhər sakini Əlibala Məmmədovu vurub.

Zərbədən velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb, onun meyiti sudan çıxarılıb.

Ağdaş RPŞ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *