Şənbə, May 16, 2026
Google search engine
EvCəmiyyətGəncədə yeddi yaşlı oğlan itkin düşdü: ana şübhəli bilinir

Gəncədə yeddi yaşlı oğlan itkin düşdü: ana şübhəli bilinir

Gəncə şəhərində ikinci sinif şagirdi itkin düşüb.

Hadisə şəhərin Mahrasa Bağı ərazisində qeydə alınıb.

Oktyabrın 22-də yeddi yaşlı Əli Allahyarov yaşadığı Mahrasa Bağı, bina 21-dən günorta saatlarında məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı onun atası Gəncə şəhəri, Nizami Rayon Polis İdarəsinə müraciət edib. Ata uşağın anası tərəfindən aparıldığını iddia edir.

Qeyd edək ki, Ə.Allahyarov Gəncə şəhər 16 saylı tam orta məktəbin şagirdidir.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments