Şənbə, May 16, 2026
Google search engine
EvCəmiyyətSumqayıtdakı iy-qoxunun səbəbi bilindi

Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Median.Az-ın sfera.az-a istinadən məlumatına görə, 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib ki, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub.

“Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”, – deyə idarə rəisi bildirib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments