Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalYaşadığı evin qarşısında arvadını öldürən şəxsin məhkəməsi başlayıb

Yaşadığı evin qarşısında arvadını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal Məmmədovun (1977-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az xəbər verir ki, bu il mayın 30-da Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən yaşayış binasının qarşısında Vüsal Məmmədov qısqanclıq zəminində Fəridə Nuriyevaya (1978-ci il təv.) bıçaqla çoxsaylı zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Cütlüyün 2 uşağı qalıb.

Həmin gün Məmmmədov Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış oktyabrın 28-nə təyin edilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments