Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Ucar rayonunda yük maşını inəyi vurub.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Əsədov Teymur Arzuman oğlu “Ford” markalı yük maşını ilə hərəkətdə olarkən qəfildən onun qarşısına çıxan inəyi vurub. Nəticədə sürücü xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *