Nərimanovda “Opel” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, noyabrın 14-ü saat 6 radələrində A.Nemətulla küçəsində, Bakı şəhər sakini K.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə paytaxt sakini Cavad İbadovu vurub.

Piyada hadisə yerində ölüb.

Nərimanov RPİ-də faktla bağlı araşdırma aparılır.